Türkiyənin daha bir hərbçisi İraqda həlak oldu

Türkiyənin daha bir hərbçisi İraqda həlak oldu

Hazırda oxunan: Türkiyənin daha bir hərbçisi İraqda həlak oldu

84141

Türkiyə ordusunun daha bir hərbçisi İraqın şimalında keçirilən "Pençe-Kilit” əməliyyatı zonasında həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hərbçi terrorçuların açdığı atəş nəticəsində həlak olub. Nazirlik hərbçinin ölümü ilə bağlı Türkiyə xalqına başsağlığı verib, səbr diləyib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə ordusunun digər hərbçisi İraqın şimalında keçirilən "Pençe-Kilit” əməliyyatı zonasında terrorçularla atışmada yaralanıb. Yaralı hərbçi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO