Britaniyalı milyarder, media maqnatı vəfat etdi

Britaniyalı milyarder, media maqnatı vəfat etdi

Hazırda oxunan: Britaniyalı milyarder, media maqnatı vəfat etdi

8369

Britaniyalı milyarder, “Telegraph Media Group” media holdinqinin sahibi Devid Barkli qısa sürən xəstəlikdən sonra 87 yaşında vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "Daily Telegraph" qəzeti yayıb.

Xatırladaq ki, mərhumun rəhbərlik etdiyi media holdinqə “Sunday Telegraph” qəzeti və “Spectator” jurnalı da daxildir.

“Sunday Times” nəşri yazır ki, Barkli əkiz qardaşlarının sərvəti 2020-ci ildə zənginlərin siyahısında 7 milyard funt sterlinq olaraq qiymətləndirilib.

Naşirin nekroloqunda “O, həmişə zəngin olmayıb” sözləri yazılıb.

Qeyd edək ki, Devid Royat Barkli və əkiz qardaşı Frederik Hugh Barkli (hələ sağdır) 27 oktyabr 1934-cü ildə Londonda şotland ailəsində dünyaya gəlib.

Valideynlərinin onlardan başqa daha 8 uşağı olub. Əkiz qardaşlar on iki yaşları olanda işləmək üçün məktəbdən çıxıblar.

1960-cı illərin əvvəllərində qardaşlar mənzillərin təmiri, satın alınması və icarəsi ilə məşğul olub. Daha sonra onlar hotel biznesində və pərakəndə ticarətdə uğur qazanıblar. 2004-cü ildə “Telegraph Media Group”u satın alıblar.

Hər iki qardaş yerli təbabəti dəstəkləmək üçün böyük miqdarda pul xərclədikləri üçün Britaniya kralicası tərəfindən "cəngavər" rütbəsi alıb. People jurnalına görə, 1987-2000 arasında əkizlər qırx milyon funt sterlinq bağışlayıblar.

2019-cu ildə “Daily Telegraph” Britaniyanın Mühafizəkarlar Partiyasının liderinin seçimi zamanı əvvəllər nəşrin Avropa Birliyindəki müxbiri, eyni zamanda redaktoru və köşə yazarı olan Boris Consonun namizədliyini dəstəkləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO