Ermənistanın paytaxtı Yerevanda bu gün Perintalogiya, Mamalıq və Ginekologiya Institutunda dəhşətli hadisə baş verib.
Moderator.az “News.am”x9da istinadən xəbər verir ki, kimliyi açıqlanmayan şəxs həyat yoldaşını güllələyib, daha sonra intihar edib. Hadisə zamanı kişi ölsə də, qadının həyatını xilas etmək mümkün olub.
Məlumatda bildirilir ki, ər və arvad Yerevanın Davidaşen administrativ rayonunda yaşayıblar.
`Xəstəxanaya gələn ər yaxınlarını yemək dalınca göndərib. Bundan sonra isə o, arvadının boğaz nahiyəsinə atəş açıb. Qadının vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerində hüquq ”“mühafizə orqanlarının əməkdaşları işləyir`-deyə sayt bildirir.


































































































