Ukrayna Çexiyadan döyüş helikopterləri aldığını təsdiqlədi

Ukrayna Çexiyadan döyüş helikopterləri aldığını təsdiqlədi

Hazırda oxunan: Ukrayna Çexiyadan döyüş helikopterləri aldığını təsdiqlədi

83210

Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi yanında Strateji Rabitə və İnformasiya Təhlükəsizliyi Mərkəzi Çexiya tərəfindən təhvil verilmiş Mi-24 döyüş helikopterlərindən istifadə edildiyini təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəz öz Twitter səhifəsində məlumat yayıb və helikopterin fotosunu yerləşdirib.

“Çexiya tərəfindən təchiz edilmiş Mi-24 hücum helikopterləri Ukrayna Hərbi Hava Qüvvələrində xidmətdədir”, deyə mesajda bildirilir. 
Çexiya helikopterlərinin tədarükü ilə bağlı məlumatlar bir neçə ay əvvəl ortaya çıxıb və ABŞ-ın müdafiə naziri Lloyd Austin may ayında bu barədə danışıb.

Çexiya tərəfi əvvəllər Kiyevə yardımla bağlı hər hansı digər təfərrüatı dərc etməkdən imtina etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO