Abenin qatili onu bir neçə dəfə izləyib və hücum anını gözləyib

Abenin qatili onu bir neçə dəfə izləyib və hücum anını gözləyib

Hazırda oxunan: Abenin qatili onu bir neçə dəfə izləyib və hücum anını gözləyib

83194

Şinzo Abeni güllələyən keçmiş yapon əsgəri Tetsuya Yamaqami sui-qəsd cəhdindən əvvəl Yaponiya hökumətinin keçmiş rəhbərinin bir neçə ictimai çıxışında iştirak edib və hücum üçün uyğun anı gözləyib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü NHK telekanalı məlumat yayıb.

Dindirilmə zamanı həmin şəxs polisə bildirib ki, o, Abenin bir neçə ictimai çıxışında iştirak edib, lakin bu şəraiti hücum üçün yetərli hesab etməyib.

Yamaqami bazar günü prokurorlara təhvil verilib və Abenin qətlinə görə ona ittiham irəli sürülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Şinzo Abeni vuran şəxs cinayətinin motivini açıqladı: “Anam dini təşkilata…”


Abeyə sui-qəsd cəhdi cümə günü günorta saatlarında Yaponiyanın Nara şəhərində iyulun 10-na təyin edilmiş parlamentin yuxarı palatasına seçkilər ərəfəsində seçki kampaniyası çərçivəsində çıxış edərkən baş verib.

41 yaşlı Yamaqami əldəqayırma odlu silahla keçmiş baş naziri iki dəfə güllələyib. 67 yaşlı Abe xilasedici helikopterlə xəstəxanaya aparılıb. Həkimlər ona qan köçürüblər və bir neçə saat onun həyatı üçün mübarizə aparsalar da, keçmiş baş naziri xilas edə bilməyiblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO