Ukraynanın Donetsk vilayətinin Çasovoy Yar şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RBK-Ukrayna” nəşri Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə istinadən yayıb.
"Çasovoy Yar şəhərində beşmərtəbəli yaşayış binasına raket zərbəsi endirilməsi nəticəsində 15 nəfər ölüb, 5 nəfər yaralanıb", - məlumatda deyilir.
Axtarış-xilasetmə işlərinə Fövqəladə Hallar Nazirliyinin 67 nəfəri və 10 texnikası cəlb olunub.
Xatırladaq ki, şənbə günü axşam saatlarında Rusiya hərbçiləri Donetsk vilayətinin Çasovoy Yar şəhərində yaşayış binasını “Uraqan”dan atəşə tutub. Faktı ilk dəfə Donetsk vilayətinin rəhbəri Pavel Kirilenko açıqlayıb.
Bizim.Media