Ukraynanın Sumı vilayətində Xocalı ilə bağlı stend yaradılıb – FOTO 

Ukraynanın Sumı vilayətində Xocalı ilə bağlı stend yaradılıb – FOTO 

Hazırda oxunan: Ukraynanın Sumı vilayətində Xocalı ilə bağlı stend yaradılıb – FOTO 

82963

Ukraynanın Sumı vilayətinin Novaya Sloboda kəndində 1942-ci ildə nasistlər tərəfindən qətlə yetirilmiş uşaq, qadın və qocalar da daxil olmaqla, 600-ə yaxın şəxsin xatirəsi yad edilib. 

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarkovdakı Fəxri konsulluğundan bildirilib. 

Bildirilib ki, 2020-ci ildə Azərbaycanın Fəxri konsulluğu tərəfindən “Kədər zəngi” abidəsinə Xocalı soyqırımı ilə bağlı da informasiya lövhəsinin qurulması təklifi irəli sürülüb. 

Belə ki, “Kədər zəngi” memorialına Kryukova, Liditse, Xatın, Pirçupis qətliamlarına həsr olunmuş informasiya lövhəsi əlavə edilib. 

Artıq memorial kompleksdə Xocalı soyqırımı ilə bağlı informasiya stendi quraşdırılıb. 

Qeyd olunub ki, memorial kompleks Azərbaycanın Fəxri konsulluğunun himayəsinə götürülüb,onun saxlanılması və abadlaşdırılması üçün işlərə dəstək göstərilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO