İsveç və Finlandiyanın NATO-ya üzvlük protokolu ratifikasiya edildi

İsveç və Finlandiyanın NATO-ya üzvlük protokolu ratifikasiya edildi

Hazırda oxunan: İsveç və Finlandiyanın NATO-ya üzvlük protokolu ratifikasiya edildi

82930

Almaniya parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsini ratifikasiya edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Bundestaqı məlumat yayıb. 

“Layihəni hakim Sosial Demokratlar, “Yaşıllar” və Azad Demokratlar partiyaları, əsas müxalifət sayılan Xristian-Demokrat Partiyası və Xristian Sosialist İttifaqı dəstəkləyib. Almaniya üçün Alternativ Partiyasının deputatları səsvermədə tərəfsiz qalıb, Sol Partiyanın deputatları isə layihənin əleyhinə səs verib” – deyə məlumatda qeyd edilib. 
Polşa parlamentinin Aşağı Palatası da İsveç və Finlandiyanın Alyansa daxil olması haqqında protokolu ratifikasiya edib.

Prezident Anjey Duda bu iki dövlətin NATO-ya üzv olması ilə bağlı sənədi təsdiqləməlidir. 

Xatırladaq ki, Danimarka, Norveç, Kanada, İslandiya və Albaniya parlamentləri artıq uyğun sənədi ratifikasiya edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO