Zelenski geyiminə görə tənqid edildi

Zelenski geyiminə görə tənqid edildi

Hazırda oxunan: Zelenski geyiminə görə tənqid edildi

82871

Ukrayna Prezidenti Vladimir Zelenski Fransa və Almaniya XİN rəhbərləri ilə görüş zamanı geyim seçiminə görə sosial şəbəkələrdə kəskin tənqid olunub.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın "Dialoq” nəşri yazıb.

Məlumata görə, görüş zamanı yeni prezident uyğun "dress-kod”dan imtina edərək, pencək və qalstukdan istifadə etməyib. Bundan əlavə Zelenskinin qara köynək geyinməsi və köynəyinin qollarını qatlaması diqqətdən yayınmayıb.

Görüşün fotolarının yayılmasından sonra sosial şəbəkənin Ukrayna seqmentində geniş müzakirələr gedib. Bir çox istifadəçi prezidentin "dress-kod”a əməl etməməsini düzgün hesab etməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO