Ukraynadan Consonun istefasına REAKSİYA

Ukraynadan Consonun istefasına REAKSİYA

Hazırda oxunan: Ukraynadan Consonun istefasına REAKSİYA

82807

Ukrayna Prezident Aparatı istefa verən Böyük Britaniyanın baş naziri Boris Consona rəsmi Kiyevi dəstəklədiyinə və hər zaman bu yolda ön sıralarda getdiyinə görə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “Twitter” səhifəsində yazıb.

“Lider olmaq Rusiyanı şər adlandırmaq və ən çətin anlarda məsuliyyəti öz üzərinə götürməkdir. Lider olmaq raket hücumlarına baxmayaraq, Kiyevə birinci çatmaq deməkdir. Təşəkkür edirəm Boris Conson”, - deyə o yazıb.

Podolyak deyib ki, çətin anlarda liderin hər zaman öz xarakterinin ən pis və ya ən yaxşı keyfiyyətlərini göstərmək imkanı var: 

“Təəssüf ki, monstr (ünvanı bəllidir) ən pis xüsusiyyətlərini göstərdi, suveren bir dövlətə rəhbər gəldi, hər şeyi məhv etməyə, insanları kütləvi şəkildə öldürməyə başladı. Cənab Conson elə bir adamdır ki, dərhal hər şeyi öz adı ilə çağırdı, dərhal qlobal siyasətin prinsiplərini dəyişdirməyə çalışdı, daha məsuliyyətli olmağı təklif etdi və Ukrayna müharibəsinin kiçik münaqişə olmadığını dedi”.

Prezident aparatı rəhbərinin müşaviri vurğulayıb ki, Consonun sayəsində Ukrayna ölkəni səmərəli müdafiə etmək üçün lazım olan hər şeyə malikdir.

“Bu, silahdır, ortaqlıqdır və koalisiyadır. Məhz cənab Consonun sayəsində biz başa düşürük ki, qələbə həqiqətən Ukrayna gələcəyinin simvoludur. Qələbə bizim olacaq, çünki sivil dünya tamamilə Ukraynayönlüdür. Buna görə də biz cənab Consona öz işini səmərəli şəkildə yerinə yetirdiyinə görə çox minnətdarıq”, deyə o, əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO