Rusiya Federasiyasında Azərbaycan Respublikasının vətəndaşlarına pensiya təyin olunarkən onların Rusiya Federasiyasının ərazilərində ən azı 1 il yaşaması şərtilə, hər iki razılığa gələn tərəfin ərazilərində yaşadığı dövrlər nəzərə alınacaq.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.
Rusiyada sosial pensiya sığortaolunan şəxsin Azərbaycan qanunvericiliyinə uyğun təyin olunmuş pensiyaları almaması şərtilə Rusiya qanunvericiliyinə uyğun təyin olunacaq və ödəniləcək.
Sənədə qeyd olunub ki, sığortaolunan şəxs daimi yaşayış üçün üçüncü dövlətə köçdüyü zaman pensiyanı təyin edən razılığa gələn tərəf sığortaolunan şəxsin seçiminə əsasən ona təyin olunmuş pensiyaları ya öz ərazisində ödəməyə davam edir, ya da digər razılığa gələn tərəfin ərazisinə köçürüləcək.
Bu müddəalar aşağıdakılara şamil olunmur:
- Azərbaycan Respublikası üçün - əmək pensiyasının sığorta hissəsinə əlavələrə, Azərbaycan SSR-nin ərazisində əmək fəaliyyəti dövrü üçün pensiya məbləğinə, habelə pensiya təminatı öhdəliyinin sığortaolunan şəxsin ərazisində yaşadığı ərazisində yaşadığı dövlətə məxsus olmasını müəyyən edən beynəlxalq sazişin normalarının təsdiq edilməsi ilə nəzərə alınmış sığorta stajına görə hesablanmış pensiya məbləğinə;
- Rusiya Federasiyası üçün – sığorta pensiyasına müəyyən olunmuş sabit ödənişinə, pensiya hüquqlarının pul formasında valorizasiyasına, Rusiya qanunvericiliyinə əsasən, sığorta olunan şəxsin və ya onun ailə üzvünün yaşayış yerinin nəzərə alınması ilə müəyyən edilən sığorta pensiyasına əlavələrə, habelə pensiya təminatı öhdəliyinin sığorta olunan şəxsin ərazisində yaşadığı dövlətə məxsus olmasını müəyyən edən beynəlxalq sazişin normalarının tətbiq edilməsi ilə nəzərə alınmış sığorta stajına əsasən, hesablanmış pensiya məbləğinə.
Sənədə görə Rusiya Federasiyasında pensiyaya federal və ya regional sosial əlavənin tətbiq edilməsi zamanı Azərbaycan qanunvericiliyinə əsasən təyin edilmiş pensiyalar nəzərə alınır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:43 / 07.07.2022
Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının pensiya təminatına dair YENİ QAYDA
Hazırda oxunan: Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının pensiya təminatına dair YENİ QAYDA
Hazırda oxunan: Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının pensiya təminatına dair YENİ QAYDA
82767
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.