Özbəkistanın Qaraqalpaqıstan ərazisində kütləvi iğtişaşlar zamanı 18 nəfər ölüb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokurorluğunun nümayəndəsi Abror Mamatov məlumat yayıb.
“İyulun 1 və 2-də Nukusda baş verən kütləvi iğtişaşlar zamanı 18 nəfər həlak olub, ümumilikdə 243 vətəndaş, o cümlədən 38 hüquq-mühafizə orqanlarının əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri və xəsarətlər alıb”, - deyə Mamatov “Özbəkistan 24” telekanalının canlı efirində deyib.
Qeyd edək ki, kütləvi etirazlara səbəb kimi Konstitusiyaya əlavə və dəyişikliklərin yanlış şərh edilməsi göstərilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:23 / 04.07.2022
Özbəkistanda nə baş verir?
Hazırda oxunan: Özbəkistanda nə baş verir?
Hazırda oxunan: Özbəkistanda nə baş verir?
82190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.