Türkiyə Qara dənizdə idarə olunan ATMACA raket sistemini sınaqdan keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Müdafiə Nazirliyi yayıb.
Qeyd olunur ki, ilk sınaqlar zamanı raket şərti hədəfi məhv edib. Türkiyənin ilk gəmi əleyhinə raketi ATMACA uzaq məsafədən hədəfi dəqiq vurub.
Roketsan şirkətinin istehsalı olan ATMACA raketi 200 km-ə qədər məsafədə hədəfi vurmaq gücündədir.
Bizim.Media