ABŞ Türkiyəyə F-16 qırıcıları satmalı, eləcə də onları modernləşdirməlidir.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Madriddə NATO sammitindən sonra keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Baydendən F-16-ların tədarükü ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hansı zəmanəti verdiyi soruşulub.
"Mən bu haqda fikrilərimi hələ dekabr ayında səsləndirmişdim, indi də təkrar edirəm. Biz onlara F-16-ları satmalı, həm də bu təyyarələri modernləşdirməliyik. Bunu etməmək bizim maraqlarımıza uyğun deyil". Bayden belə sövdələşmələrin ABŞ Konqresi tərəfindən təsdiqlənməsinin vacibliyini xatırladıb.
Çərşənbə günü NATO sammiti çərçivəsində ABŞ və Türkiyə liderləri arasında ikitərəfli görüş baş tutub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:01 / 30.06.2022
Bayden: “Türkiyəyə F-16 qırıcılarını satmalıyıq”
Hazırda oxunan: Bayden: “Türkiyəyə F-16 qırıcılarını satmalıyıq”
Hazırda oxunan: Bayden: “Türkiyəyə F-16 qırıcılarını satmalıyıq”
81737
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.