53 nəfərin ölümünə səbəb olan terrorçu ABŞ-dan Türkiyəyə ekstradisiya olundu

53 nəfərin ölümünə səbəb olan terrorçu ABŞ-dan Türkiyəyə ekstradisiya olundu

Hazırda oxunan: 53 nəfərin ölümünə səbəb olan terrorçu ABŞ-dan Türkiyəyə ekstradisiya olundu

81693

ABŞ 2013-cü ildə Reyhanlı şəhərində törədilən qanlı terror aktını təşkil edən və Amerika həbsxanalarından birində cəza çəkən Mehmet Gezeri Türkiyəyə ekstradisiya edib.

Bizim.Media xəbər verir ki, bu barədə Anadolu-ya Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mənbə xatırladıb ki, Reyhanlıda terror aktını planlaşdıran Yusuf Nazik dindirilmə zamanı İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Mehmet Gezerdən göstəriş aldığını bildirib.

ABŞ-da narkotik maddələrin saxlanması və qaçaqmalçılığına görə məhkum olunmuş Gezerin Türkiyəyə təhvil verilməsi tələbi ABŞ səlahiyyətliləri tərəfindən təsdiqlənib.

Gezer ABŞ-ın müvafiq xidmətinin əməkdaşlarının müşayiəti ilə İstanbula aparılıb və orada prokurorluq nümayəndələrinə təhvil verilib.

Mehmet Gezer 9 may 1967-ci ildə Antakyada anadan olub. Türkiyədə o, Cinayət Məcəlləsinin 17 maddəsi ilə, o cümlədən terror təşkilatına qoşulma, dövlətin birliyinə və bütövlüyünə xələl gətirməyə cəhdə görə axtarışa verilib.

Türkiyənin cənubundakı Hatay vilayətinin Reyhanlı şəhərində 2013-cü ildə bələdiyyə binası və poçt şöbəsi yaxınlığında iki partlayış baş verib.

İki terakt nəticəsində 53 nəfər həlak olub, 912 bina və 148 avtomobil zədələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO