İspaniyanın paytaxtı Madrid şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Boris Conson arasında görüş keçirilib.
Bizim.Media xəbər verir ki, görüş NATO sammiti çərçivəsində baş tutub.
Görüş zamanı B.Conson Ankaranın Ukraynadan taxılın çıxarılması üzrə səylərini yüksək qiymətləndirib. "Baş nazir Prezident Ərdoğanın Ukraynadan taxılın çıxarılması məsələsində liderliyini alqışlayıb".
Türkiyə lideri ilə söhbət zamanı B.Conson Türkiyə, İsveç və Finlandiyanın imzaladığı və iki Skandinaviya ölkəsinin NATO-ya daxil olmasına yol açan sazişi də alqışlayıb.
B.Conson və Ərdoğan Britaniya-Türkiyə əlaqələrinin, ilk növbədə texnologiya və enerji sahələrində dərinləşdirilməsini də müzakirə ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:19 / 30.06.2022
Ərdoğan Consonla nəyi müzakirə etdi?
Hazırda oxunan: Ərdoğan Consonla nəyi müzakirə etdi?
Hazırda oxunan: Ərdoğan Consonla nəyi müzakirə etdi?
81614
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.