Fevralın 28-də Xarkov şəhərində baş vermiş toqquşmalar zamanı ağır güllə yarası almış Azərbaycan vətəndaşı Samir Tahirov yaxın vaxtlarda vətənə qayıdacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) məlumat yayıb.
Bildirilir ki, S.Tahirov Xarkov şəhər Balakleyskaya Klinik Xəstəxanasına yerləşdirilib. O, iki dəfə əməliyyat olunsa da, vəziyyəti kritik ağır qiymətləndirilib.
S.Tahirov martın 18-də humanitar dəhliz vasitəsilə, xüsusi təcili tibbi yardım avtomobili ilə Moldovaya təxliyə edilib. Sonra o, Kişinyovdakı xəstəxanalardan birinə yerləşdirilib.
Aprelin 1-də isə o, Ankaraya aparılaraq Gülhanə Hərbi Tibb Akademiyasına yerləşdirilib.
Həkimlərin səylərilə S.Tahirov sağlamlığına qovuşub. Son həkim komissiyasının qərarından sonra onun ölkəyə göndərilməsi gözlənilir.
Sürücünun Türkiyəyə nəqli və müalicəsi xərclərini ABADA qarşılayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:08 / 29.06.2022
Ukraynada yaralanmış azərbaycanlı sürücü vətənə qayıdır - FOTO
Hazırda oxunan: Ukraynada yaralanmış azərbaycanlı sürücü vətənə qayıdır - FOTO
Hazırda oxunan: Ukraynada yaralanmış azərbaycanlı sürücü vətənə qayıdır - FOTO
81500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.