G7 liderləri Almaniyanın cənubunda bir araya gəldilər

G7 liderləri Almaniyanın cənubunda bir araya gəldilər

Hazırda oxunan: G7 liderləri Almaniyanın cənubunda bir araya gəldilər

81062

Üç günlük Yeddilik Qrupu (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) sammiti bazar günü Almaniyanın Bavariya Alp dağlarında yerləşən Garmiş-Partenkirxen şəhəri yaxınlığındakı Elmau qalasında başlayıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, hazırda Almaniya Federativ Respublikası G7-yə sədrlik edir.

Almaniya kansleri Olaf Şolzun dəvəti ilə ABŞ prezidentləri Co Bayden və Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya, Kanada,  İtaliya və Yaponiyanın baş nazirləri - Boris Conson, Castin Trüdo, Mario Draqi və Fumio Kişida Elmauda toplaşıblar. Qonaqları qalada Şolz və həyat yoldaşı Britta Ernst qarşılayıb.

Sammitin ilk günündə üç işçi sessiya keçiriləcək, onlardan biri xarici və təhlükəsizlik siyasəti məsələləri, o cümlədən anti-Rusiya sanksiyaları və Ukraynadakı vəziyyət fonunda Moskvaya “təzyiqlərin artırılması” müzakirə olunacaq.

Bundan əlavə, 26 iyun gündəliyinə iqlim dəyişikliyi, makroiqtisadi vəziyyət, inflyasiya ilə mübarizə və investisiya əməkdaşlığı daxildir.

Görüş Garmiş-Partenkirxendə çadır şəhərciyi quran antiqlobalistlərin və G7 əleyhdarlarının nümayişləri fonunda keçirilir. Ümumilikdə, sammit günlərində şəhərin ətrafında ən azı 17 nümayişin keçirilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO