Qorbaçov Moskva görüşündən danışdı

Qorbaçov Moskva görüşündən danışdı

Hazırda oxunan: Qorbaçov Moskva görüşündən danışdı

8093

''Ümid edirəm ki, Qarabağ məsələsində  Rusiya kömək edə biləcək. Lakin burada aparıcı rol Azərbaycan və Ermənistanın üzərinə düşür''.

''Azərbaycan və Ermənistan münaqişənin həlli ilə bağlı danışıq aparmağı üzərlərinə götürüb. Hər iki tərəfin maraqlarına uyğun "qalib və məğlub” tərəf olmadan həll yolu tapmaq lazımdır''.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçov 11 yanvarda Moskvada Qarabağa dair gözlənilən üçtərəfli görüş barədə danışarkən deyib.

“Münaqişə gərginləşməyə başlayanda iki respublikaya, iki xalqa həll yolu tapmaq üçün kömək etməyə çalışdıq. Rusiya sonradan yenə də cəhd etdi”,- deyə Qarbaçov bildirib.

Keçmiş sovet lideri əmindir ki, indi döyüş əməliyyatları bitdikdən sonra bunun üzərində dayanmamaq, problemi daha on illər boyu həll olunmamış buraxmamaq vacibdir.

Qeyd edək ki, yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Moskvada üçtərəfli danışıqlar keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO