Ukrayna və Moldovaya namizəd statusu verildi - AVROPA İTTİFAQI

Ukrayna və Moldovaya namizəd statusu verildi - AVROPA İTTİFAQI

Hazırda oxunan: Ukrayna və Moldovaya namizəd statusu verildi - AVROPA İTTİFAQI

80718

Avropa İttifaqının (Aİ) sammitində Ukrayna və Moldovaya namizəd statusu verilib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel “Twitter“ hesabında bildirib.

“Aİ Şurası indicə Ukrayna və Moldovaya namizəd statusu verilməsinə qərar verdi. Tarixi bir andır. Bu gün sizin Aİ-yə doğru yolunuzda vacib gündür”, - deyə Şarl Mişel qeyd edib.

Ş.Mişel qeyd edib ki, Gürcüstanın da Avropa perspektivi tanınıb və ölkəyə Aİ-yə üzvlüyə namizəd statusu prioritetlərin yerinə yetirilməsindən sonra veriləcək:

“Gürcü xalqını təbrik edirəm. Aİ-Gürcüstan münasibətlərində tarixi məqam: Gürcüstanın gələcəyi Aİ daxilindədir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO