"The Wall Street Journal": ABŞ Konqresi Trampın impiçmentinə meyllidir

Hazırda oxunan: "The Wall Street Journal": ABŞ Konqresi Trampın impiçmentinə meyllidir

8052

"The Wall Street Journal" yazır ki, burada söhbət təkcə demokratlardan getmir, Trampın Vaşinqtonda baş verən iğtişaşlarla əlaqədar kənarlaşdırılacağına inanan respublikaçıların da sayı günbəgün artmaqdadır.

Artıq respublikaçılardan daha bir senat üzvü çıxış edərək Trampın hakimiyyətdən təcili uzaqlaşdırılmasını istəyib. "The Wall Street Journal"ın xəbərinə görə, dövlət başçısının özü hələ də ictimaiyyətə görünməkdən çəkinir.

Şənbə günü Amerika televiziyasının efirində sənədin müəlliflərindən birinin verdiyi məlumata görə, Rod-Aylend ştatından olan nümayəndələr palatasının deputatı David Çiçilline və onun tərəfdaşları Demokratlar Partiyasından 185 palatanın üzvünün dəstəyini ala biliblər. Lakin onlar respublikaçılar tərəfindən də daha geniş dəstəyə ümid edirlər - baxmayaraq ki, cümə gününə qədər bu partiyadan 150-dən çox deputat impiçmentə razılıq verib. 

Trampın kənarlaşdırılmasını dəstəkləməyə hazır olduğunu bildirən respublikaçıların sayı həqiqətən artır. Ancaq impiçment prosedurunun necə və hansı müddətdə təşkil edilə biləcəyi hələ məlum deyil.

Pensilvaniya ştatından respublikaçı senator Pat Tumi şənbə günü "Fox News"-a verdiyi müsahibədə Trampın artıq prezident vəzifəsinə layiq olmadığını bildirib:

"Mən əminəm ki, prezident impiçment haqq edən hərəkətlərə yol verib, amma bilmirəm ki, bu məsələyə senat hansı formada baxacaq, ya da ümumiyyətlə o, bu məsələyə baxacaqmı? Amma həqiqətən də hesab edirəm ki, bu həftə prezidentin davranışı onu dövlət vəzifəsini tutmaq hüququndan məhrum etmək üçün yetərlidir".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO