Hindistanlı gənc oğlan dərisinin həftəlik dəyişməsinə səbəb olan nadir xəstəliklə bağlı gündəlik həyatından danışıb.
Bizim.Media xəbər verir ki, onun dedikləri LADBible nəşrində yerləşdirilib.
Mənbə yazır ki, 25 yaşlı Majibar Rehman Malik eritrodermiyadan (dəri xəstəliyi) əziyyət çəkir.
Onun dərisi tez-tez qırmızı rəngə çalır. Bu baxımdan ona "qırmızı adam" deyirlər. Xəstəliyinin doğuşdan bir neçə gün sonra başladığı güman edilir və indi onun həftədə bir dəfə tükü tökülür, qış aylarında çatlayan dərisi isə quruyur.
Doğma şəhəri Biharda həkimə baş çəkdikdən sonra ona müalicə üçün başqa xəstəxanaya getməyi məsləhət görüblər, ancaq maddi imkansızlıq ucbatından ailəsi tibbi ehtiyaclarını təmin edə bilməyib.
Majibar məktəbə getməyi xoşlasa da, sinifindəki digər uşaqlar onu görməkdən "qorxduqları" üçün dərslərini yarımçıq qoyub və nəticədə məktəbdən qovulub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:35 / 19.06.2022
Hindistanda gənc oğlanın dərisi hər həftə dəyişir - SƏBƏB
Hazırda oxunan: Hindistanda gənc oğlanın dərisi hər həftə dəyişir - SƏBƏB
Hazırda oxunan: Hindistanda gənc oğlanın dərisi hər həftə dəyişir - SƏBƏB
79989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.