İmran Xanı ABŞ devirib? – Təfərrüatı özü AÇIQLADI

İmran Xanı ABŞ devirib? – Təfərrüatı özü AÇIQLADI

Hazırda oxunan: İmran Xanı ABŞ devirib? – Təfərrüatı özü AÇIQLADI

79958

Pakistanın keçmiş baş naziri İmran Xan hesab edir ki, onun İslam Respublikasının baş naziri vəzifəsindən uzaqlaşdırılmasının arxasında ABŞ dayanıb və siyasətçinin fevralda Rusiyaya səfəri bunda mühüm rol oynayıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə bazar günü Britaniyanın “The Sunday Times” qəzetinə müsahibəsində danışıb.

Xan deyib ki, Pakistanın Vaşinqtondakı səfiri aprelin əvvəlində etimad səsverməsindən əvvəl ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu ilə görüşün yekunlarına dair teleqram göndərib:

“Lu səfirə xəbərdarlıq edib ki, Xanın işdən qovulmayacağı təqdirdə Pakistan pis "nəticələrlə” üzləşəcək. Əgər istefa verərsə, o zaman “hər şey bağışlanacaq”.

Xan, həmçinin onun əleyhinə səs vermək üçün 1 milyon dollar rüşvət verildiyini deyib.
Keçmiş baş nazir izah edib ki, o, teleqramın mətnini dərhal dərc etməyib, çünki bu, Pakistanın düşmənlərinə onun ötürüldüyü şifrəni sındırmağa imkan verə bilərdi.

ABŞ Xanın devrilməsi cəhdlərində əli olduğunu təkzib edib. Bununla belə, nəşr adı açıqlanmayan qərbli diplomatın sözlərini sitat gətirib:

“Mən başa düşdüyüm kimi, bu yerlərdə hər şey mümkündür”.

"Son 40 il ərzində rəhbərliyimiz praktiki olaraq ABŞ-ın bizdən tələb etdiyi hər şeyə boyun əydi" deyə Xan vurğulayıb.

Keçmiş baş nazir siyasi dönüşü uğrunda mübarizədə ABŞ-ın ölkənin işlərinə qarışmasını və “imperator təkəbbürünü” pisləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO