Çeçenistan rəhbəri Ramzan Kadırov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ukraynada Rusiyaya dəstək vermədiyi üçün qınayıb.
Bizim.Media xəbər verir ki, o, KTMT üzvlərinin niyə susduğunu anlamadığını deyib:
"Müttəfiq varsa, o qərar verməlidir... Belarusu kim xilas etdi, Rusiya! Qazaxıstanı kim xilas etdi, Rusiya! Rusiyaya dəstək lazım olanda isə hamı susur, sanksiyalardan qorxurlar".
Bizim.Media