Teleqram messencerində ABŞ-ın hazırkı prezidenti Donald Trampa məxsus olduğu bildirilən kanal yaradılıb.
Bizim.Media ABŞ KİV-ə istinadən xəbər verir ki, teleqram kanal Trampın bugünlərdə tvitterdə bloklanmış hesabı "ABŞ-ın 45-ci prezidenti" adını daşıyır. Artıq yeni kanala 272 min insan abunə olub. Bununla belə, Tramp kanalın ona aid olduğunu hələ təsdiqləməyib.
MÖVZU İLƏ BAĞLI:
Trampın tvitteri birdəfəlik bağlandı
Daha əvvəl tvitter sosial şəbəkəsi "zorakılığa sonrakı təhrikçilik riskinə" görə ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabına girişi bağlayıb.
Tvitterlə yanaşı, digər sosial şəbəkələr prezidentin rəsmi hesablarını bloklayıb. Feysbuk rəhbəri Mark Zukerberq bildirib ki, ABŞ prezidentinin feysbuk və instaqram sosial şəbəkələrindəki hesabları minimum iki həftə dondurulmuş qalacaq.
Bizim.Media