Ukrayna gələn il “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinə ev sahibliyi etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi məlumat yayıb.
Müsabiqənin təşkilatçıları hazırda 2022-ci ildə ikinci yeri tutmuş Böyük Britaniyada tədbirin keçirilməsi imkanlarını müzakirə edirlər.
Qaydalara uyğun olaraq və tədbirin davamlılığını təmin etmək üçün AYB indi “Avroviziya 2023”ün Böyük Britaniyada keçirilməsi üçün builki ikinci yeri tutmuş Böyük Britaniya ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, “Avroviziya 2022”-nin qalibi Ukraynanın “Kaluş Orkestri” komandası olub. Analitiklər Ukrayna qrupunu musiqi yarışmasının favoriti kimi qiymətləndiriblər. Qrupun finala çıxdıqdan sonra qalib gəlmək şansı 60 faiz olaraq qiymətləndirilib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Dünya
14:45 / 17.06.2022
“Avroviziya” Ukraynada keçirilməyəcək
Hazırda oxunan: “Avroviziya” Ukraynada keçirilməyəcək
Hazırda oxunan: “Avroviziya” Ukraynada keçirilməyəcək
79705
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.