“Turkish Airlines” hava yollarının beynəlxalq adı

“Turkish Airlines” hava yollarının beynəlxalq adı "Türkiye Hava Yolları" olacaq

Hazırda oxunan: “Turkish Airlines” hava yollarının beynəlxalq adı "Türkiye Hava Yolları" olacaq

79392

Türkiyənin "Türkiye Hava Yolları" milli aviaşirkəti beynəlxalq adının dəyişdirilməsi üçün ölkənin patent və ticarət markaları qurumuna müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.

Mənbə yazır ki, şirkətin yeni qərarına əsasən, aviadaşıyıcının beynəlxalq adı "Turkish Airlines" deyil, "Türkiye Hava Yolları" kimi istifadə olunacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisindəki çıxışı zamanı da bu mövzuya toxunaraq faktı təsdiq edib. 

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə hökuməti ölkənin beynəlxalq adının "Turkey"dən "Türkiye" olaraq dəyişdirildiyini demişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO