Ərdoğan İsveç və Finlandiya ilə bağlı son nöqtəni qoydu: “Mövqeyimiz dəyişməyəcək”

Ərdoğan İsveç və Finlandiya ilə bağlı son nöqtəni qoydu: “Mövqeyimiz dəyişməyəcək”

Hazırda oxunan: Ərdoğan İsveç və Finlandiya ilə bağlı son nöqtəni qoydu: “Mövqeyimiz dəyişməyəcək”

79390

NATO-ya üzvlük məsələsində, İsveç və Finlandiya terrorla mücadilə məsələsində qəti, nəticəli və qərarlı addımlar atana qədər mövqeyimiz heç bir şəkildə dəyişməyəcək.

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki çıxışında ifadə edib. 

Yunanıstanın Egey dənizindəki adalarda qanunsuz olaraq silahlanmasına bir daha kəskin şəkildə etirazını ifadə edən Türkiyə dövlət başçısı gündəlikdə olan digər məsələlər, eləcə də ölkə iqtisadiyyatının yüksəlişi, ixracatın artırılması istiqamətində atılan addımlar və qazanılan nəticələr, həmçinin siyasi məsələlərlə bağlı fikir və mülahizələrini bölüşüb.

Türkiyənin milli-dövlətçilik siyasətində atılan addımlardan bəhs edən dövlət başçısı diqqətə çatdırıb ki, bundan sonra milli hava yolları şirkəti beynəlxalq uçuşları “Turkish Airlines” kimi deyil, “Türkiye Hava Yolları” adı ilə həyata keçirəcək.
Türkiyə Böyük Millət Məclisində DBP-ni (Demokratik Bölgələr Partiyası) təmsil edən Diyarbəkirdən olan deputat Salihə Aydenizin polis əməkdaşına yumruq atması hadisəsinə kəskin etirazını bildirən dövlət başçısı əminliklə qeyd edib ki, parlament bu hadisə ilə bağlı lazım olan tədbiri görəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO