ABŞ prezidentinə daha bir zərbə - “Google” Tramp tərəfdarlarını sıxışdırır  

ABŞ prezidentinə daha bir zərbə - “Google” Tramp tərəfdarlarını sıxışdırır  

Hazırda oxunan: ABŞ prezidentinə daha bir zərbə - “Google” Tramp tərəfdarlarını sıxışdırır  

7914

"Google" Tramp dəstəkçilərinin ən çox olduğu "Parler" adlı sosial şəbəkəni "Play store"dan silib.

Bizim.Media "CNBC" yə istinadən xəbər verir ki, “Google” Birləşmiş Ştatlarda Tramp tərəfdarlarının ixtişaşlara dəstəyini əsas gətirərək "Parler" adlı sosial şəbəkəni silib.

Məlumata görə, "Parler"də Tramp tərəfdarları Vaşinqtonda törədikləri hadisələri paylaşaraq vəziyyəti daha da ağırlaşdırıb.

“Google” rəhbərliyi aqressiv istafdəçilərin hesabını donduracağı ilə bağlı xəbərdarlıq edib.

“Google”un bu addımına "Parler"in cavabı gecikməyib. Sosial şəbəkənin icraçı direktoru “Google” rəhbərliyini qaydaları pozmaqda ittiham edib:

"Biz insanların senzurasız istifadə etdiyi bir sosial şəbəkə qurmuşuq. Birləşmiş Statlarda nə baş verirsə insanların onu paylaşmağa haqqı var",- deyə “Parler” rəhbərliyi bildirib.

Qeyd edək ki, tvitter və feysbukdakı məhdudiyyətlərdən sonra Tramp tərəfdarları Co Baydenə qarşı “Parler” aplikasıyasında birləşiblər.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO