Ukrayna prezidenti Volodimir Zelenski 2022-ci ildə Boris Nemtsov mükafatının laureatı olub.
Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki,bu barədə informasiyanı Boris Nemtsovun azadlığı uğrunda Fond yayıb.
Mənbə yazır ki, Ukrayna prezidenti cəsarətə görə bu mükafatı alıb.
“Biz mükafatı keçmişə və gələcəyə görə vermirik. Bir insanın indi etdiklərinə görə veririk. Zelenski Kiyevdə qaldı və öz xalqı ilə birlikdə Vətənini müdafiə etmək qərarına gəldi. Cəsarət göstərdi. Bu anlarda onun evakuasiyaya ehtiyacı yoxdur, lakin silaha ehtiyacı var”, deyə fondun həmtəsisçisi Janna Nemtsova qeyd edib.
Onun sözlərinə görə, ən əsası odur ki, Zelenskidən bunu heç kim gözləmirdi.
“Hamı Zelenskini elə də ciddi qəbul etmirdi. Düşünürəm ki, hətta Vladimir Putin, yumşaq desək, Zelenskinin cəsarətli bir insan və hazırda azad dünyanın lideri olması ilə təəccübləndi " deyə o yekunlaşdırıb..
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:52 / 12.06.2022
Zelenski Nemtsov mükafatına layiq görüldü
Hazırda oxunan: Zelenski Nemtsov mükafatına layiq görüldü
Hazırda oxunan: Zelenski Nemtsov mükafatına layiq görüldü
78894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.