“Apple” şirkəti tamamilə elektriklə işləyən sürücüsüz ağıllı avtomobil dizaynına başladığını açıqlayıb.
Bizim.Media “BENZİNGA” saytına istinadən xəbər verir ki, “Tesla” ilə bərabər hazırlanan bu avtomobillərin 2024-cü ildə hazır olacağı gözlənilir.
MÖVZU İLƏ BAĞLI:
“Apple” almanı öküzə dəyişdi – FOTO
Apple isə bu işi bərabər görəcəyi “Tesla”ya güvənmir. “Tesla”nın hər avtomobildən 25 faiz xeyir götürəcəyi haqqında razılaşma “Apple”da narazılığa səbəb olub.
“Bloomberg”in məlumatına görə, bu avtomobillər 5-7 ilə hazır olacaq.
Xatırladaq ki, “Apple”dan yayılan bir şaiyədə bildirilib ki, şirkət uzun illərdir ağıllı avtomobil üzərində işləyir.
Vüqar Ağamalıoğlu, Bizim.Media