Rusiyaya qarşı VI sanksiya paketi - DETALLAR

Rusiyaya qarşı VI sanksiya paketi - DETALLAR

Hazırda oxunan: Rusiyaya qarşı VI sanksiya paketi - DETALLAR

77590

Avropa İttifaqı (Aİ) Şurasının Rusiyaya tətbiq etdiyi 6-cı sanksiyalar paketinin detalları məlum olub. 

Bizim.Media xəbər verir ki, Rusiyada əlavə 65 fiziki şəxs və 18 quruma qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. 

Sənəddə deyilir ki, siyahıya daxil edilən 65 nəfərin arasında “Buça qəssabı” ləqəbli polkovnik Azatbek Omurbekov, “Mariupol qəssabı” ləqəbli general-polkovnik Mixail Mizintsev və 2022-ci ilin martında – Xerson vilayətində Rusiya işğalı ilə əməkdaşlıq üçün yaradılan “Sülh və Asayiş Naminə Qurtuluş Komitəsinin” yaradılmasında iştirak edənlər də var. 

Alina Kabaeva da Prezident Vladimir Putinin yaxın adamı kimi sanksiyaya məruz qalıb. 

Sanksiyaya məruz qalan 18 quruma birbaşa və ya dolayı yolla Rusiya Federasiyası Silahlı Qüvvələrini və Rusiya Federasiyası Hökumətini dəstəkləyən müxtəlif şirkətlər, o cümlədən Rusiyanın ən böyük qiymətli kağızlar depozitarisi olan Milli Hesablaşma Depozitarisi daxildir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO