Berlində Müstəqillik Günü ilə bağlı tədbir keçirilib - FOTO 

Berlində Müstəqillik Günü ilə bağlı tədbir keçirilib - FOTO 

Hazırda oxunan: Berlində Müstəqillik Günü ilə bağlı tədbir keçirilib - FOTO 

77574

Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən 28 may – Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib. 

Səfirlikdən Bizim.Media-ya verilən xəbərə görə, tədbir Berlində yeni istifadəyə verilmiş Azərbaycanın Almaniyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində baş tutub. 

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov bildirib ki, bu tarix hər bir azərbaycanlı üçün qürur mənbəyidir.  

Diplomat Azərbaycan Demokratik Respublikasının cəmi 2 il fəaliyyət göstərməsinə baxmayaraq, bir çox nailiyyətlərə imza atdığını, o cümlədən hələ 1918-ci ildə parlamentarizmi tətbiq etdiyini, qadınlar və milli azlıqlar üçün seçki və digər hüquqları tanıdığını vurğulayıb.  

Həsənov həmçinin, 1991-ci ildə Azərbaycan xalqının müstəqilliyini bərpa etdiyini, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yeni inkişaf yoluna qədəm qoyduğunu qeyd edib. Səfir Mədəniyyət Mərkəzinin Azərbaycan mədəniyyətinin ölkə daxilində və xaricində fədakar təbliğatçısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü əsasında və Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ildə təsis edildiyini bildirib. 

R.Həsənov Mədəniyyət Mərkəzinin Şuşa İli ərzində bir çox maraqlı mədəni tədbirlərə ev sahibliyi edəcəyini diqqətə çatdırıb. 

Tədbirdə çıxış edən Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberq AFR hökuməti adından Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib.  
Rəsmi hissədən sonra Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi altında kamera orkestrinin ifasında azərbaycanlı bəstəkarların, eləcə də alman klassiklərinin əsərləri səsləndirilib. 

Bizim.Media

































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO