ABŞ Rusiya sərhədində 110 hərbi obyekt tikəcək

ABŞ Rusiya sərhədində 110 hərbi obyekt tikəcək

Hazırda oxunan: ABŞ Rusiya sərhədində 110 hərbi obyekt tikəcək

77399

Növbəti 10 il ərzində Rusiya ilə sərhəddə yerləşən Polşada ABŞ-ın 110-dan çox hərbi obyekti tikiləcək. 

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Polşadakı səfiri Marek Bjezinski jurnalistlərə bildirib.

Cümə axşamı ABŞ batalyonunun döyüş qrupunun yerləşdiyi Polşanın Povidz şəhərində silah anbarının tikintisinə başlanılıb.

"Bugünkü təməlqoyma mərasimi bu yay ərzində baş tutacaq səkkiz belə planlaşdırılan tədbirdən yalnız biridir. Növbəti 10 il ərzində 110-dan çox oxşar obyektin tikintisi planlaşdırılır", - Bjezinski qeyd edib.
"Məqsəd bizim döyüş hazırlığımızı əhəmiyyətli dərəcədə artırmaqdır. Bunlar təlim obyektləri, həmçinin yeməkxanalar, kazarmalar və başqa məqsədlər üçün tikililər olacaq", - deyə səfir bildirib.

Qeyd edək ki, Polşada 12 min ABŞ əsgəri yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO