Avrokomissiyanın prezidentindən Rusiyaya qarşı 6-cı sanksiyalar paketi ilə bağlı AÇIQLAMA

Avrokomissiyanın prezidentindən Rusiyaya qarşı 6-cı sanksiyalar paketi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Avrokomissiyanın prezidentindən Rusiyaya qarşı 6-cı sanksiyalar paketi ilə bağlı AÇIQLAMA

76895

Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı tətbiq olunması nəzərdə tutulan 6-cı sanksiyalar paketi barədə hələlik konsensus əldə etməyib.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen deyib.

Aİ üzvü olan 27 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Brüsseldə keçirilən ikigünlük Avropa İttifaqı Liderlər Sammiti zamanı Ursula Fon der Lyayen bildirib:

“Rusiyaya qarşı 6-cı sanksiyalar paketi ilə bağlı hələlik razılığa gəlməmişik. Çox çalışırıq, lakin hələ konsensus mərhələsinə gəlməmişik”.

O, sanksiyalar paketinin Rusiyadan neft idxalına qadağa qoyulması istisna olmaqla bütün elementləri üzrə razılığın əldə olunduğunu qeyd edib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə Rusiyaya qarşı sanksiyalar istiqamətində doğru addım atmaq istədiklərini bildirib, bu məsələdə dərhal qərarların qəbul edilməsinin və ortaq mövqenin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Şarl Mişel ənənəvi enerji mənbələri baxımından Rusiyadan asılılığı azaldacaqlarını da deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO