Polşanın digər şəhərlərindən Azərbaycana aviareyslərin işə salınması istisna olunmur.
Bizim.Media xəbər verir ki, bunu Polşanın "LOT Polish Airlines” aviaşirkətinin baş icraçı direktoru Rafal Milçarski deyib.
"Biz əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı AZAL ilə müzakirələrə açığıq. Qeyd etmək istərdim ki, AZAl sayəsində polşalı turistlər Bakıya gələ və buradan Azərbaycanın digər şəhərlərinə gedə bilir. Varşavadan başqa Polşanın digər şəhərlərindən Azərbaycana reyslərin işə salınmasına gəldikdə, biz bunu istisna etmirik", - deyə o bildirib.
O, Trend-ə bildirib ki, Varşava-Bakı-Varşava reysinin işə düşməsi Azərbaycanla Polşa arasında iqtisadi, mədəni və sosial əlaqələrə böyük töhfə verəcək.
"Bu marşrutun reallaşdırılması gözlənildiyindən daha çox vaxt apardı ki, bu da əsasən COVID-19 pandemiyası ilə əlaqədar idi. Bizim Azərbaycan hökumətindən, AZAL-dan aldığımız kömək də əhəmiyyətli olub", - R.Milçarski deyib.
İcraçı direktor qeyd edib ki, bu marşrut Polşada təhsil alan çoxsaylı azərbaycanlıların hərəkətini asanlaşdıracaq.
Xatırladaq ki, Polşa aviadaşıyıcısı mayın 28-də Varşavadan Heydər Əliyev Beynəlxalq Aeroportuna ilk reysini həyata keçirib. Uçuşlar həftədə 4 dəfə yerinə yetiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:36 / 30.05.2022
Polşa şəhərlərindən Azərbaycana yeni aviareyslər açıla bilər
Hazırda oxunan: Polşa şəhərlərindən Azərbaycana yeni aviareyslər açıla bilər
Hazırda oxunan: Polşa şəhərlərindən Azərbaycana yeni aviareyslər açıla bilər
76835
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.