Rusiya qoşunları tərəfindən müvəqqəti işğal olunmuş Melitopolda ukraynalılar vətənpərvərlik aksiyası keçiriblər. Aksiya iştirakçıları Ukrayna bayraqları ilə gəlib və dövlət himnini oxuyublar.
Bizim.Media xəbər verir ki, bu barədə “RİA Melitopol” yerli nəşri məlumat yayıb.
Qeyd olunur ki, vətənpərvərlik aksiyası şəhər parkında baş tutub. Mitinqə onlarla şəhər sakini gəlib.
"Şahidlərin sözlərinə görə, indi şəhər parkında vətənpərvərlər Ukraynanın himnini oxuyurlar. Sakinlər əllərində plakatlar, bayraqlar və sarı-mavi lentlər tutublar", - məlumatda deyilir.
Etirazçılar “Melitopol Ukraynadır” şüarını səsləndiriblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:22 / 29.05.2022
“Melitopol Ukraynadır”: Şəhər sakinləri Rusiya işğalına qarşı küçələrə çıxdılar
Hazırda oxunan: “Melitopol Ukraynadır”: Şəhər sakinləri Rusiya işğalına qarşı küçələrə çıxdılar
Hazırda oxunan: “Melitopol Ukraynadır”: Şəhər sakinləri Rusiya işğalına qarşı küçələrə çıxdılar
76749
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.