ABŞ-da etiraz aksiyalarında ölənlərin sayı 4-ə çatdı

ABŞ-da etiraz aksiyalarında ölənlərin sayı 4-ə çatdı

Hazırda oxunan: ABŞ-da etiraz aksiyalarında ölənlərin sayı 4-ə çatdı

7647

Vaşinqtonda keçirilən etiraz aksiyalarda toqquşmalar zamanı 4 nəfər ölüb.

Bizim.Media-nın xəbərinə görə, bunu Vaşinqton polisinin rəhbəri Robert Konti bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Konqresdə atışma zamanı bir qadın öldü - VİDEO



Onun sözlərinə görə, Konqres binası yaxınlığındakı qarşıdurmada daha 3 nəfər ölüb.

Bundan əvvəl isə polis əməkdaşının açdığı atəş nəticəsində ağır yaralanan aksiya iştirakçısı, ABŞ Silahlı Qüvvələrinin veteranı Eşli Bebbitt həyatını itirib.

Aksiyalarla əlaqədar 52 nəfər saxlanılıb. Onlar qanunsuz silah daşıma və komendant saatı rejimini pozmaqda günahlandırılır.

Qeyd edək ki, dünən Prezident Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Konqres binası qarşısında aksiya keçirib, daha sonra binaya daxil olublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO