Zənci prokuror işə başladı -  FOTO

Zənci prokuror işə başladı - FOTO

Hazırda oxunan: Zənci prokuror işə başladı - FOTO

76414
ABŞ tarixində ilk dəfə afroamerikalı qadın baş prokuror vəzifəsinin icrasına başlayıb. 

ANS PRESS-in məlumatına görə, namizədliyi ABŞ prezidenti Barak Obama tərəfindən irəli sürülən Loretta Linç yeni baş prokuror olaraq Ədliyyə nazirliyində ABŞ-ın vitse-prezidenti Co Baydenin iştirakı ilə keçirilən mərasimdə and içərək vəzifəsinin icrasına başlayıb. 

ABŞ Senatında lehinə 56, əleyhinə 43 səs verilərək bu vəzifəyə layiq görülən Loretta Linç ölkədə baş prokuror vəzifəsinə təyin edilən ilk Afrika mənşəli amerikalı qadındır. 

Qeyd edək ki, 55 yaşlı L.Linçin namizədliyi 2014-cü ilin noyabrında Ağ Ev rəhbəri Barak Obama tərəfindən irəli sürülüb.






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO