Belarus ordusunun Ukrayna ilə sərhəddə təcili operativ komandanlığı yaradılacaq.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko əmr verib.
Qeyd edək ki, Belarus qoşunları bu gün Ukrayna ilə sərhəddə, Volın vilayəti yaxınlığında hərbi təlimlərə başlayıb.
Hərbi təlimlərdə Belarusun xüsusi əməliyyat və aviasiya qüvvələri iştirak edir. Qoşunlar helikopterlərin və qırıcıların dəstəyi ilə su səddini keçmək üçün təlim keçirlər.
Oral Mədənçi, Bizim.Media