Fransadan Brüssel görüşü barədə AÇIQLAMA: \

Fransadan Brüssel görüşü barədə AÇIQLAMA: \"Sürətli razılığa gəlməyə imkan verdi\"

Hazırda oxunan: Fransadan Brüssel görüşü barədə AÇIQLAMA: \"Sürətli razılığa gəlməyə imkan verdi\"

76014

Fransa Xarici İşlər Nazirliyinin günlük açıqlamasında Avropa Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mayın 22-də Brüsseldə təşkil olunmuş görüşün nəticələri barədə danışılıb.

Bizim.Media xəbər verir ki, Fransa hökumətinin görüşün nəticələrindən məmnun qaldığı bildirilib.

"Bu görüş iki tərəfə sərhəd məsələləri üzrə ikitərəfli komissiyanın sürətli iclası barədə razılığa gəlməyə imkan verdi", - deyə vurğulanıb.

Həmçinin, Fransanın Avropa İttifaqının himayəsi altında Ermənistan və Azərbaycan arasında başlanmış dialoqu dəstəklədiyi, və bu dialoqa öz milli imkanları daxilində, Avropa İttifaqı Şurasının Prezidenti və ATƏT-in Minsk qrupunun həmsədri kimi töhfə verməkdə davam edəcəyi qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO