ABŞ-da Azərbaycanın Müstəqillik Günü qeyd olundu - FOTO

ABŞ-da Azərbaycanın Müstəqillik Günü qeyd olundu - FOTO

Hazırda oxunan: ABŞ-da Azərbaycanın Müstəqillik Günü qeyd olundu - FOTO

75847

Vaşinqtonda Azərbaycanın Müstəqillik Günü, Azərbaycanın Silahlı Qüvvələri Günü və Azərbaycan-ABŞ diplomatik münasibətlərinin yaranmasının 30-cu ildönümünə həsr edilmiş rəsmi qəbul və ziyafət təşkil olunub.

Bu barədə Bizim.Media-ya Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. 

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ölkələr arasında strateji tərəfdaşlığın və əməkdaşlığın müxtəlif istiqamətlərindən bəhs edib. Cari ilin mart ayında Prezident Baydenin Prezident İlham Əliyevə məktubunda Azərbaycan-ABŞ əməkdaşlığının daha da inkişaf etdirilməsi niyyətinin bir daha ifadə edildiyini diqqətə çatdırıb. 

Növbəti 30 ildə Azərbaycan-ABŞ əməkdaşlığının daha da inkişaf edəcəyinə ümidvar olduğu qeyd edilib.

Səfir eyni zamanda, Oklahoma ilə tərəfdaşlığın qurulmasının 20 illiyindən və bu tərəfdaşlığın əhəmiyyətindən bəhs edib.

Tədbirdə ABŞ-ı dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən səfir Derek Hoqan, müdafiə katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uolender və Oklahoma Milli Qvardiyasının ordu qərargah rəisi, briqadir general Con Harrison təmsil edib. 
Mərasimdə 20-ə yaxın ölkənin səfirləri, çoxsaylı hərbi attaşelər, Əfqanıstan üzrə keçmiş xüsusi nümayəndə Zalmay Xəlilzad, yəhudi təşkilatlarının rəhbərləri və 600-dən çox qonaq iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO