Pandemiyada milyarderlərin sayı 573 nəfər artıb

Pandemiyada milyarderlərin sayı 573 nəfər artıb

Hazırda oxunan: Pandemiyada milyarderlərin sayı 573 nəfər artıb

75836

COVID-19 pandemiyasının başlanğıcından bəri dünyada 573 yeni milyarder meydana gəlib, onların sərvəti isə bu müddət ərzində ümumilikdə 3,78 trilyon dollar artaraq 12,7 trilyon dollar, yaxud ümumdünya ÜDM-nin 13,9 faizini təşkil edir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Oxfam xeyriyyə təşkilatının hesabatında bildirilib.

Hər 30 saatda dünyada yeni milyarder meydana gəlir və hazırda onların ümumi sayı 2668 nəfərə çatır. Eyni zamanda, hər 33 saat ərzində bir milyon insan ən kasıblar kateqoriyasına keçir, yəni gündə 1,9 dollardan az vəsaitlə dolanır. 

Dünyadakı ən zəngin 10 insanın sərvəti planetin ən kasıb əhalisinin 40 faizinin varidatına bərabərdir.

Ərzaq və energetika sektorunda fəaliyyət göstərən milyarderlərin aktivləri hər iki sutkada bir milyard dollar artır, son iki ildə isə bu göstərici 453 milyard dollara yüksəlib. Ən böyük beş energetika kompaniyası (BP, Shell, TotalEnergies, Exxon və Chevron) saniyədə 2,6 min dollar xalis gəlir əldə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO