Müharibə bu il bitsə də Putin 10 ildən sonra yenə hücum edəcək – RƏSMİ KİYEV

Müharibə bu il bitsə də Putin 10 ildən sonra yenə hücum edəcək – RƏSMİ KİYEV

Hazırda oxunan: Müharibə bu il bitsə də Putin 10 ildən sonra yenə hücum edəcək – RƏSMİ KİYEV

75806

“Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il bitsə belə, Vladimir Putinin 10 ildən sonra bir daha hücum etməyəcəyinə zəmanət yoxdur. Ukraynalılar təcavüzkarın hər an hücuma hazır olduğunu unutmadan yaşamalı olacaqlar. Putin yalnız gücü başa düşür, lakin bu cür üsullar artıq işə yaramır, çünki heç kim ondan qorxmur. Onun əsas iddiası Ukrayna deyil, Qərbdir. Hesab edir ki, Ukrayna adlı ölkə yoxdur”.

Bizim.Media “glavred.info” saytına istinadən xəbər verir ki, bu fikirləri Ukrayna daxili işlər nazirinin müşaviri Rostislav Smirnov “Kanal 24”də açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, Rusiya ilə qonşuluqda yaşayan ukraynalılar başa düşməlidirlər ki, bu, çox pis ərazidə yaşamaq kimidir, hər an hücuma məruz qala bilərsən.

DİN rəhbərinin müşaviri hesab edir ki, “hər gün sizə hücum etmək haqda düşünürlərsə, cavab verməyə hazır olmalısınız, ordunu və müdafiə mövqelərini hazırlamalısınız”.

Smirnov əlavə edib ki, Putin Ukraynaya hərbi hücumdan əvvəl verdiyi açıqlamada onun üçün belə bir dövlətin olmadığını açıq şəkildə bildirib:

“Rusiyalı yazıçı Mixail Zıqar qeyd edib ki, Putin hakimiyyətə gələn kimi deyib: “Nəsə etmək lazımdır, əks halda biz Ukraynanı itirəcəyik”. Putinin iddiaları Ukraynaya deyil, konkret olaraq Qərbə aiddir.

Kreml rəhbəri bütün postsovet məkanını Rusiyanın təsir dairəsi kontekstində nəzərdən keçirir. Ukrayna həmişə onun baxış sahəsində olub. Və bütün bu açıqlamalarında o, Ukraynaya deyil, Qərb dünyasına iddialarını ifadə edir”.
Rostislav Smirnov vurğulayıb ki, Ukraynanın Qərbə can atması və Rusiyadan imtina etməsi Putini bərk qıcıqlandırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO