Davudoğlunun qaraçı müşaviri

Davudoğlunun qaraçı müşaviri

Hazırda oxunan: Davudoğlunun qaraçı müşaviri

75709
Türkiyənin baş naziri Əhməd Davudoğlu özünə ölkədəki roman (qaraçı) etniklərdən müşavir götürəcək. ANS PRESS-in məlumatına görə, Davudoğlu roman ictimaiyyətinin nümayəndələri görüşü zamanı bu barədə danışıb. Romanlar barədə müxtəlif fikirlər səsləndirən Davudoğlu ölkə bu etniklərə qarşı olan ayri-seçkiliyi aradan qaldıracağını deyib:

“Hicablı hicabsız, roman və digər etniklər, türk, kürd, sünni, ələvi hamımız qardaşıq. Hər birimiz əsas ünsürük. Əgər hər hansı bir ayrı-seçkilik olarsa sizə söz verirəm, səhv bir rəftara məruz qalarsanız baş nazirlikdə bir mexanizm yaradacağam və sizinlə məsləhətləşəcək bir roman qardaşımızı özümə müşavir götürəcəyəm”x9d. 

Romanların Sarkozi dövründə Fransadan deportasiya edildiklərini xatırladan Davudoğıu bu cür hadisə baş verəcəyi təqdirsə dünyadakı bütün romanlara Türkiyənin sahib çıxacağını bildirib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO