\

\"Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına veto qoyub\" – “Financial Times” 

Hazırda oxunan: \"Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına veto qoyub\" – “Financial Times” 

75034

“Türkiyə NATO-nun Finlandiya və İsveçin hərbi alyansa qoşulmaq tələbini nəzərdən keçirməklə bağlı ilkin qərarını bloklayıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Belə ki, bu gün NATO səfirləri Finlandiya və İsveçin üzvlük barədə danışıqlara başlamaq üçün bir araya gəliblər. Lakin məsələdən birbaşa xəbəri olan bir mənbənin sözlərinə görə, rəsmi Ankara səsverməni əngəlləyib. 

Baş katib Yens Stoltenberq qeyd edib ki, gecikmə NATO-nun Finlandiya və İsveçin təklifinin birinci mərhələsini bir-iki həftə ərzində təsdiq edə biləcəyinə şübhələr yaradır:

“Ankaranın addımı ABŞ, Türkiyə, Finlandiya və İsveç arasında bu mövzuda bir neçə gün davam edəcək gərgin diplomatiyaya zəmin yaradır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO