“Putinin Türkiyəyə səfəri planlaşdırılmır” - Peskov 

“Putinin Türkiyəyə səfəri planlaşdırılmır” - Peskov 

Hazırda oxunan: “Putinin Türkiyəyə səfəri planlaşdırılmır” - Peskov 

74751

«Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər dəvətindən yararlanacaq, lakin yaxın gələcək üçün belə planlar yoxdur”. 

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Putinin Türkiyədə görüşə dəvət alıb-almaması ilə bağlı sualı cavablandırarkən bildirib.

“Vladimir Putinin həqiqətən də Türkiyəyə səfər etmək üçün dəvəti var və o, bu dəvətdən mütləq istifadə edəcəyini deyib. Belə bir səfərin tarixi razılaşdırılacaq, lakin yaxın gələcək üçün heç bir razılaşma yoxdur", - deyə Peskov qeyd edib. 

*** 11.54

Rusiyadan yüksək səviyyəli nümayəndə heyəti Ankaraya gedir. 

Bizim.Media xəbər verir ki, bu barədə “Yeni Şafak” nəşri məlumat yayıb. 

Bildirilib ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novakın rəhbərlik etdiyi kommersiya heyəti sabah Türkiyədə olacaq.

Nümayəndə heyəti iqtisadiyyatla bağlı nazirliklərlə yüksək səviyyəli görüşlər keçirəcək. İnvestorların Rusiyaya tətbiq etdiyi sanksiyalara görə diqqətlərini Türkiyəyə çevirdiyi son dövrlərdə nümayəndə heyətinin gündəminin ilk mövzusu Türkiyəyə ediləcək investisiyalar olacaq. 

Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə bir çox Avropa şirkəti Rusiya bazarından çəkilib. Bu aydan etibarən Rusiya Aİ və Afrikadan heç bir məhsul ala bilməyəcək.
Nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə də bu məsələ gündəmdə olacaq. Türkiyə şirkətlərinin Rusiya bazarında yer alması üçün addımlar atılacaq. 

Həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı rusiyalə həmkarı Vladimir Putini Türkiyəyə dəvət etmişdi. Bu çərçivədə yaxın günlərdə Putinin Türkiyəyə gələcəyi gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO