“Əgər Avropa İttifaqı (A) həqiqətən də Vladimir Putinin təcrid vəziyyətində olduğunu başa düşməsini istəyirsə, ona zəng etməyi dayandırmalıdırlar”.
Bizim.Media xəbər verir ki, bu barədə Estoniyanın baş naziri Kaya Kallas “Euractiv”ə müsahibəsində bildirib.
“Mən hiss edirəm ki, hamı ona daim zəng vurursa, o, təcrid olunduğunu anlamır. Ona görə də "siz həqiqətən təcrid olunmusunuz" mesajını çatdırmaq istəyiriksə, ona zəng etməyin. Bunun mənası yoxdur. O, özünü diqqət mərkəzində hiss edir, çünki hamı onunla danışmaq istəyir. Bəs bundan nə əldə edirik? Mən heç bir nəticə görmürəm, çünki bütün bu söhbətlərdən sonra Buça, İrpin var idi – biz gərginliyin azaldılmasına dair heç bir əlamət görmürük”, - deyə Kallas bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:58 / 16.05.2022
"Putin tək qalıb, anlaması üçün zəng etməyin" - Estoniya baş naziri
Hazırda oxunan: "Putin tək qalıb, anlaması üçün zəng etməyin" - Estoniya baş naziri
Hazırda oxunan: "Putin tək qalıb, anlaması üçün zəng etməyin" - Estoniya baş naziri
74559
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.