İldə 18 milyard dollara qədər: Belarus sanksiyalardan itkiləri hesablayır

İldə 18 milyard dollara qədər: Belarus sanksiyalardan itkiləri hesablayır

Hazırda oxunan: İldə 18 milyard dollara qədər: Belarus sanksiyalardan itkiləri hesablayır

74512

Qərbin sanksiyaları səbəbindən Belarus iqtisadiyyatının vurduğu itkilərin həcmi ildə təxminən 16-18 milyard dollar təşkil edir. 

Bizim.Media BELTA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Roman Qolovçenko “Al Arabiya” telekanalına müsahibəsində bildirib.

Qolovçenkonun sözlərinə görə, sanksiyalara görə Belarus öz mallarını Avropa İttifaqı və Şimali Amerika ölkələrinə satmaq imkanından məhrum olub. 

Baş nazir bildirib ki, itkiləri kompensasiya etmək üçün Minsk ixrac axınının digər bazarlara - "o cümlədən Asiya, Afrika, Yaxın Şərq və Ərəb körfəzinə" istiqamətini dəyişməyə hazırlaşır.

O, qeyd edib ki, Belarusda sanksiyalar “təkcə təzyiq aləti kimi deyil, hibrid təcavüz aləti kimi” şərh olunur: 

“Yəqin ki, bu, klassik silahlı təcavüzdən əvvəlki son mərhələdir. Hazırkı sanksiyaların məqsədi onların klassik anlayışından fərqli olaraq, ölkəni diz çökdürmək, iqtisadi cəhətdən boğmaq və zorla hansısa tələb və ya şərtlərin yerinə yetirilməsinə nail olmaqdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO