Zaxarova: “Eurovision 2022” göstərdi ki, Avropanı aşağılamaq indi trenddədir

Zaxarova: “Eurovision 2022” göstərdi ki, Avropanı aşağılamaq indi trenddədir

Hazırda oxunan: Zaxarova: “Eurovision 2022” göstərdi ki, Avropanı aşağılamaq indi trenddədir

74484

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, “Eurovision” mahnı müsabiqəsi göstərdi ki, Avropanı aşağılamaq indi trenddədir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.

“Əgər desəydilər ki, bunlar qalib gələcək, yəqin ki, gülərdim. Çünki bu, o qədər aşkar şəkildə nalayiq oldu ki. Avropa Yayım Korporasiyası və təşkilatçılar onların bu cür alçaldılmasına imkan verməyəcəklər”. Ddiplomat “Vladimir Solovyovla bazar axşamı” verilişində belə deyib.

Xatırladaq ki, Ukraynanın “Kalush Orchestra” qrupu “Eurovision 2022” mahnı müsabiqəsinin qalibi olub, musiqiçilər 631 xal toplayıb.

“Eurovision 2022”-nin finalı İtaliyanın Turin şəhərində keçirilib. Bu il Rusiya və Belarus beynəlxalq mahnı müsabiqəsində iştirak etməyiblər.

Zaxarova ukraynalıların qələbəsinə sarkazmla reaksiya verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO